V Ə T Ə N D A Ş L A R I N N Ə Z Ə R İ N Ə !

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq “27 sentyabr Anım günü ilə bağlı” Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələrinə hüquqi yardım göstərilməsi üçün Ədliyyə Nazirliyinin Göyçay regional ədliyyə idarəsi tərəfindən sentyabr ayının 22- də və 23-də saat 10:00-dan 12:00-dək ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Göyçay regional ədliyyə idarəsinin inzibati binasında “Açıq mikrofon” hüquqi yardım aksiyası keçiriləcəkdir.

         Vətəndaşlar onları maraqlandıran məsələlərlə bağlı İdarəyə müraciət edə bilərlər.

         Ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti 30