V Ə T Ə N D A Ş L A R I N N Ə Z Ə R İ N Ə !

           Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Göyçay regional ədliyyə idarəsinin rəis müavini Mahir Əsgərov sentyabrın 02- də saat 11:00-da ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Ağsu rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

         Vətəndaşlar qəbula yazılması üçün Göyçay regional ədliyyə idarəsinə (əlaqə telefonları: şəhər: 020 27 4 30 41, mobil: 055 477 03 77, elektron poçt: goychay_rd@justice.gov.az) müraciət edə bilərlər.

         Vətəndaşların qəbulu Ağsu rayon icra və probasiya şöbəsinin inzibati binasında ( Ağsu şəhəri T.Xasıyev küçəsi 2 ) keçiriləcəkdir.