Rayon haqqında
Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu şəhəri isə 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu almışdır. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.
Ərazisi 1020 kvadrat kilometr, əhalisi 69,4 min nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 78 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 32 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayır, Padar, Ərəbuşağı və Qaraqoyunludur.
Əhalinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 25,7%-i şəhərdə, 74,3%-i kənd yerlərində yaşayır.
Rayonda 2068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır.
Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır.
Rayonun ərazisindən 2 çay-Girdiman, Ağsuçay və onların qolları - Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.
Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfaına yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışdır. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilmişdir.
Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98-100%-i qeyri-dövlət sektorunun payına düşür.
Rayonda 69 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 6 xəstəxana, 18 ambulator-poliklinika, 22 feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir.
Rayonda 1 mədəniyyət sarayı, 10 mədəniyyət evi, 47 kitabxana, 1 uşaq musiqi məktəbi və tarix-diyarşünaslıq muzeyi vardır.
Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə rayonlararası "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir.
Ağsuda 19 siyasi partiyanın rayon təşkilatı və 16 ictimai-siyasi təşkilatın (o cümlədən 3 qeyri-hökumət təşkilatının) rayon şöbəsi fəaliyyət göstərir.
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı rayonun ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə kimi çıxış edir. YAP-ın özək təşkilatları Ağsuda 1993-cü ilin əvvəllərindən yaradılmağa başlamışdır. Təsis konfransı 1993-cü ilin noyabr ayında keçirilmişdir.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Dövlət notariusu vəzifəsini müvəqqəti icra edən: Əfəndiyev Elnur Mehman oğlu;
Telefon: (02022) 6-59-95;
Ünvan: Səməd Vurğun küçəsi, İnzibati bina;
İş günləri: I-II-III-IV-VII;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: V-VI
Ağsu rayon qeydiyyat şöbəsi
Rəis: Əliyev Atakişi Təvəkgül oğlu;
İş telefonu: (02022) 5-52-29;
Ünvan: İnzibai bina 1;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Ağsu rayon icra qrupu
Rəis: İbadov Rövşən Hüseyn oğlu;
İş telefonu: (02022) 6-51-79;
Ünvan: H.Əliyev küçəsi 135;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Ağsu rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Ağsu bələdiyyəsi |
Niftalıyev Aqil Musa oğlu |
Ağsu şəhəri və Qaraməmmədli, Navahı, Ülgüc kəndləri |
050-518-01-01 |
Aratlı Curuğlu bələdiyyəsi |
Aslanov Babsəd Ağasəd oğlu |
Aratlı Curuğlu və Maşadqanlı kəndləri |
050-380-01-29 |
Bico bələdiyyəsi |
Nuriyeva Günay Vidadi qızı |
Bico və Keşdiməz kəndləri kəndləri |
051-799-03-52 |
Bozavand bələdiyyəsi |
Alcanov Tofiq Ağarza oğlu |
Ağarx, Bozavand və Qarabağlı kəndləri |
050-391-57-79 |
Cəlayir bələdiyyəsi |
Mirzəyev Qiyasəddin Şakir oğlu |
Cəfərli, Cəlayir və Hacıuşağı kəndləri |
051-761-06-07 |
Çaparlı bələdiyyəsi |
Ayadov Məzahir Səfər oğlu |
Ağabəyli, Çaparlı, Qiyaslı və Rəhimağalı kəndləri |
055-778-30-76 |
Çiyni bələdiyyəsi |
İsmayılov Teyyub Əsədulla oğlu |
Bəyimli və Çiyni kəndləri |
070-663-23-83 |
Daşdəmirbəyli bələdiyyəsi |
Məhərrəmov Adil Məmmədşah oğlu |
Daşdəmirbəyli kəndi |
050-366-19-54 |
Dilman bələdiyyəsi |
Səmədov Tərlan Teymur oğlu |
Dilman, Hacıman və Xatman kəndləri |
050-453-72-36 |
Ərəbmehdibəy bələdiyyəsi |
Cavadov Vüqar Nurəddin oğlu |
Ərəbmehdibəy, Dədəli, Qasımbəyli kəndləri |
050-250-98-01 |
Ərəbsarvan bələdiyyəsi |
Əhmədova Gülsüm Şahlar qızı |
Ərəbsarvan və Hacıqədirli kəndləri |
----- |
Ərəbuşağı bələdiyyəsi |
Fərəcov Balaəfəndi Ağaəfəndi oğlu |
Ağalarbəyli və Ərəbuşağı kəndləri |
050-630-23-99 |
Gəgəli bələdiyyəsi |
Cəlilov Eldəniz Faiq oğlu |
Gəgəli kəndi |
050-472-87-76 |
Göydəlləkli bələdiyyəsi |
Mehralıyev Telman Şamil oğlu |
Göydəlləkli kəndi |
051-856-56-38 |
Gürcüvan bələdiyyəsi |
Qəhrəmanova Nailə Əlyar qızı |
Girdə, Gürcüvan, Hinqar Kəndaxan, Kövlüc və Yenikənd kəndləri |
050-676-85-24 |
Xəlilli bələdiyyəsi |
Məmmədov Arif Məmmədhüseyn |
Xəlilli və Mustafalı kəndləri |
050-387-42-60 |
İlxıçı bələdiyyəsi |
Mustafayev Vasif Qəhrəman oğlu |
Hacısəmədli və İlxıçı kəndləri |
070-282-99-20 |
Kalva bələdiyyəsi |
İmaməliyev Kazim Ağasəfər oğlu |
Kalva və Suraxanı kəndləri |
050-414-45-22 |
Kəndoba bələdiyyəsi |
Mirhəsənli Mirfazil Seyidkamil oğlu |
Abasxanlı və Kəndoba kəndləri |
050-343-81-82 |
Qaraqoyunlu bələdiyyəsi |
Məmmədov Sirac Abdulmahmud |
Qaraqoyunlu və Musabəyli kəndləri |
050-342-47-00 |
Qəşəd bələdiyyəsi |
Qənbərov Şahbaba Xanbab oğlu |
Qəşəd kəndi |
050-545-53-23 |
Ləngəbiz bələdiyyəsi |
Nəsirov Əli Seymur oğlu |
Ləngəbiz kəndi |
051 729-19-35 |
Muradlı bələdiyyəsi |
Hümbətova Sehrayə Şiralı qızı |
Dəlilər, Muradlı və Təklə kəndləri |
050-454-33-82 |
Nəmirli bələdiyyəsi |
Kərimov Nahid Əhməd oğlu |
Kalağaylı , Nəmirli və Bənəcik kəndləri |
050-372-38-65 |
Növcü bələdiyyəsi |
Məmmədov Hakim Məhərrəm oğlu |
Axundlu, Qaravəlli, Məlikçobanlı Növcü və Yuxarı Növcü, |
050-924-24-99 |
Nuran bələdiyyəsi |
Mustafayev Aris Ağamusa oğlu |
Nuran və Zərqava kəndləri |
050-302-51-63 |
Nüydü bələdiyyəsi |
Osmanov Fəxrəddin Rasim oğlu |
Xasıdərə, Qırlar, Quzey, Nüydü və Sanqalan kəndləri |
050-317-07-03 |
Padar bələdiyyəsi |
Umudov Əvəz Sabir oğlu |
Külüllü və Padar kəndləri |
050-613-08-85 |
Padarqışlaq bələdiyyəsi |
Nuralıyev Əhməd Bəxtiyar oğlu |
Padarqışlaq kəndi |
050-483-92-50 |
Pirhəsənli bələdiyyəsi |
Xasayev Əzizxan Nüsrət oğlu |
Qaraqaşlı və Pirhəsənli kəndləri |
050-344-11-67 |
Rəhimli bələdiyyəsi |
Feyzullayeva Sədaqət Səhman qızı |
Qaradağ, Rəhimli və Şahbəyli kəndləri |
050-416-42-57 |
Yenilik bələdiyyəsi |
Məmmədov Süleyman Qara oğlu |
Elabad, Gursulu və Yenilik kəndləri |
050-377-44-00 |