V Ə T Ə N D A Ş L A R I N N Ə Z Ə R İ N Ə !

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Göyçay regional ədliyyə idarəsinin rəisi Elnur Əsədov fevral 17- də saat 11:00-da ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı İsmayıllı rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

         Vətəndaşlar qəbula yazılması üçün Göyçay regional ədliyyə idarəsinə (əlaqə telefonları: şəhər: 020 27 4 30 41, mobil: 050 661 81 20, elektron poçt: goychay_rd@justice.gov.az) müraciət edə bilərlər.

         Vətəndaşların qəbulu İsmayıllı rayon icra və probasiya şöbəsinin inzibati binasında (İsmayıllı şəhəri Heydər Əliyev prospekti 14) keçiriləcəkdir.