Göyçay regional ədliyyə idarəsi şəhid ailəsinə baş çəkib

Vətən müharibəsi əlilləri, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, onların müraciətlərinə operativ baxılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Tədbirlərin davamı olaraq Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən sentyabr ayının 22- də və 23-də ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Vətən müharibəsi iştirakaşçıları, qaziləri və şəhid ailələrinə hüquqi yardım göstərilməsi üçün Göyçay regional ədliyyə idarəsinin inzibati binasında   “Açıq Mikrofon günü” aksiyası keçirilmiş, vətəndaşlara hüquqi yardım göstərilmişdir.

Həmçinin şəhid Orxan Kərimlinin atası Ədliyyə nazirliyinin veteran ədliyyə qulluqçusu, Göyçay Regional Ədliyyə İdarəsinin sabiq əməkdaşı Akif Kərimovun ailəsi ziyarət edilmiş, onların qayğısı ilə maraqlanılmışdır.

Göyçay regional ədliyyə idarəsi əməkdaşlarının iştirakıyla keçirilən görüşdə bildirilib ki, torpaqlarımızın yağı düşməndən qorunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi hər daim dərin ehtiramla yad edilir. Vətən uğrunda aparılan haqq mübarizəmizdə canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər birimizin borcudur.

Şəhid atası Akif Kərimov görüşdə onlara göstərilən dəstək və diqqət üçün Müzəffər Ali Baş  Komandan, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmişdir.