Rayon haqqında
Respublikamızın bütün bölgələri kimi, Şamaxı rayonu da hazırda inkişafın yeni mərhələsini yaşayır. İqtisadi yüksəliş, sosial tərəqqi və mədəni intibah son illər qədim Şamaxının tarixi reallığıdır. Şamaxılılar bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqəti və qayğısı sayəsində nail olmuşlar. Təsadüfi deyildir ki, son on ildə Prezident İlham Əliyev 7 dəfə Şamaxıya səfər etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində Şamaxı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilərdə artım əldə edilmişdir.
Belə ki, ümumi məhsul istehsalı 3,5 dəfə, pərakəndə ticarər dövriyyəsi 3,3 dəfə, kənd təsərrüfatı istehsalı 1,3 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,3 dəfə, iaşə dövriyyəsinin həcmi 12,5 dəfə artmışdır. Həmçinin sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, o cümlədən fərdi sahibkarların sayı 6,1 dəfə çoxalmış, orta aylıq əmək haqqı 7,3 dəfə, pensiyaların orta məbləği 5,8 dəfə yüksəlmişdir.
Son on ildə SKMF və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 196 sahibkara 14,3 milyon manat məbləğində kredit verilmişdir. Kənd təssərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 6,6 milyon manat məbləğində yardım verilmişdir.
Mənzil fondunun ümumi sahəsi 1,3 dəfə artmışdır. Qarabağ əlilləri və şəhid ailələri üçün 48 mənzilli 3 yaşayış binası, gənc məcburi köçkün ailələri üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 16 mənzilli 1 yaşayış binası tikilmişdir. Hazırda Qarabağ əlilləri və şəhid ailələri üçün 2 yaşayış binasının inşasına başlanılmışdır. Rayonda ümuni sahəsi 171,3 min kv.metr olan fərdi evlər tikilmişdir.
Şamaxının təhsil, elm, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrinin infrastrukturu daha da möhkəmləndirilmiş və yenidən qurulmuşdur. Son on ildə 3360 şagird yerlik 18 məktəb, o cümlədən Heydər Əliyev Fondunun layihəsi çərçivəsində 700 şagird yerlik 5 məktəb binası tikilmişdir. 4864 şagird yerlik 7 məktəb binası əsaslı təmir edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şamaxı rayonunda Olimpiya İdman Mərkəzi, Müalicə-Diaqnostika Mərkəzi, Vergilər Nazirliyinin Tədris Mərkəzi, Heydər Əliyev parkı, həmin parkda ulu öndərin adını daşıyan Mərkəz, YAP rayon təşkilatı və Uşaq İncəsənət Təhsil Mərkəzi üçün yeni binalar və “Star” LTD televizor, “Azərelektronika” məişət cihazları, “Azsamand” minik avtomobilləri zavodları istifadəyə verilmiş, Şamaxı Cümə məscidi, Şamaxı Astofizika Rəsədxanası, Tarix Diyarşünaslıq Muzeyi, Şahmat məktəbi, ”Şirvan” mehmanxanası əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Bundan əlavə rayon mərkəzi xəstəxanasınının binası, Mədəniyyət sarayı və digər sosial obyektlər müasir standartlara uyğun əsaslı təmir edilmişdir.
Son on il ərzində əldə olunan uğurlar yenə də davam etdirilir. Bu baxımdan 2013-cü ilin ötən doqquz ayı ərzində rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrası təmin edilmişdir. Cari ilin doqquz ayında rayonda 121 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 milyon manatdan və yaxud 6 faizdən çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 3,7 milyon manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Həmçinin doqquz ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 37,9 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 36,7 milyon manat təşkil etmişdir. Ötən doqquz ayda pərakəndə əmtəə dövriyyəsi 110,3 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 23 milyon manat olmuşdur. 2013-ci ilin doqquz ayında rayon üzrə 327 daimi iş yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 9905 iş yeri yaradılmışdır ki, bunun da 7234-ü daimi iş yerididir.
Bu il Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına Şamaxı-Avaxıl avtomobil yolunun 23,5 kilometri çəkilib başa çatdırılmışdır. Həmçinin 53 kilometrlik Şamaxı – Padar-Çöl yolunun artıq 17 kilometrinə asvalt-beton örtük vurulmuşdur.
2013-cü ilin ötən ayları ərzində şəhərin küçələrinin abadlaşdırılması və yenidənqurulması xüsusu diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Heydər Əliyev, S.Ə.Şirvani və Şirvan küçələri tamamilə yanidən qurulmuşdur. Ümumilikdə Şəhriyar, Şərifzadə, Əzizbəyov, Rəsul Rza, Gənclər, S.Ə.Şirvani, Azadlıq, C.Cabbarlı, M.F.Axundov, H.Məmmədov, Ü.Hacıbəyov, Azərbaycan, 20 Yanvar, Gənclər, Mahmudağa küçələrinə 66,6 min kv.metr asfalt-beton örtük vurulmuşdur.
Şamaxı şəhərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. İndiyədək şəhərin müxtəlif küçələrində 70 kilometr kanalizasiya və 65 kilometr su xətti çəkilmişdir.
Şamaxı şəhər 1 saylı uşaq bağçası-körpələr evinin tikintisi başa çatmaq üzrədir, Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhərin 20 Yanvar küçəsində inşa olunan beş mənzilli yaşayış binası istifadəyə verilmişdir. Muğanlı kəndində sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Meysəri kəndi ilə həmsərhəd ərazidə 63 ədəd evin tikintisi başa çatmaq üzrədir. “Şərədil” istirahət mərkəzində 5 ulduzlu otel, “Fəxriguşə” istirahət mərkəzinin bazasında və Pirqulu zonasında müasir standartlara cavab verəcək yeni turizm obyektləri tikilir.
2013-cü ildə rayon əhalisinin qaz təminatının yaxşılaşdırılması üçün əsaslı işlər görülmüşdür. Hazırda 33 yaşayış məntəqəsində 15589 abonent təbii qazla təmin olunur ki, bu da rayonda olan 20067 təsərrüfatın 77,6 faizini təşkil edir.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Dövlət notariusu: Eyyubov Yaşar Nazim oğlu;
Telefon: (02026) 5-09-63;
Ünvan: Gənclər küçəsi 22;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Şamaxı rayon qeydiyyat şöbəsi
Rəis: Novruzova Səidə Qənbər qızı;
İş telefonu: (02026) 5-73-80;
Ünvan: H.Əliyev küçəsi 21;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VI-VII
Şamaxı rayon icra qrupu
Rəis: Rəhmanov Faiq Adil oğlu;
İş telefonu: (02026) 5-15-58;
Ünvan: Gənclər küçəsi 22;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VI-VII
Şamaxı rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Adnalı bələdiyyəsi |
Mirzəyev Elnur Dərgah |
Adnalı kəndi |
050-313-2325 |
Avaxıl bələdiyyəsi |
Lətifov Heydər Pirverdi |
Avaxıl kəndi və Yusif Məmmədəliyev qəsəbəsi |
050-208-50-99 |
Bağırlı bələdiyyəsi |
Mirzəyev İsa Babarəhim |
Bağırlı kəndi |
051-960-39-10 |
Birinci Çaylı bələdiyyəsi |
Mustafayev Əli Əliyar |
Birinci Çaylı kəndi |
050-489-41-24 |
Çarhan bələdiyyəsi |
Mahmudov Məqarif Əhəd |
Çarhan, Nüydi və Sabirli |
050-388-91-19 |
Çuxuryurd bələdiyyəsi |
Rüstəmov Kamil Yaqub |
Çuxuryurd kəndi |
050-340-44-54 |
Dağ Bağırlı bələdiyyəsi |
Kərimov Zahir Əbil |
Dağ Bağırlı kəndi |
050-302-54-20 |
Dədəgünəş bələdiyyəsi |
Abdullayeva Rəna Raqib |
Birinci Çağan, Dədəgünəş və İkinci Çağan kəndləri |
050-648-65-36 |
Dəmirçi bələdiyyəsi |
Şükürov Osman Kərəm |
Dəmirçi, Səfalı və Zarat Xeybəri kəndləri |
051-845-11-10 |
Ərçiman bələdiyyəsi |
Zeynalov Bizhan Tofiq |
Ərçiman kəndi |
050-338-14-07 |
Göylər bələdiyyəsi |
Nəbiyev Nəbi İkram |
Acıdərə, Çöl Göylər, Göylər Dağ və Yenikənd kəndləri |
051-903-65-18 |
Hacıqədirli bələdiyyəsi |
Əhədov Abduləhəd Seyfulla |
Hacıqədirli kəndi |
050-525-75-78 |
Hacılı bələdiyyəsi |
Ədilov Nadir Abbas |
Əhmədli və Hacılı kəndləri |
051-964-25-87 |
Həmyəli bələdiyyəsi |
Xəlilov Rəhim Xəlilulla |
Həmyəli və İkinci Çaylı kəndləri |
050-718-15-23 |
İkinci Cabanı bələdiyyəsi |
Quliyeva Pərvizə Adığözəl |
Cabanı və İkinci Cabanı kəndləri |
050-422-35-25 |
Kələxana bələdiyyəsi |
Qocayeva Rövşanə Qoca |
Kələxana kəndi |
051-716-18-00 |
Kərkənc bələdiyyəsi |
Əlləzov Bayram Osman |
Kərkənc kəndi |
050-223-67-13 |
Qaleybuğurd bələdiyyəsi |
Şahbazov Ziya Yusif |
Keçməddin, Qaladərəsi, Qaleybuğurd və Sis kəndləri |
050-795-52-26 |
Qızmeydan bələdiyyəsi |
Zərbalıyev İrşad Qərib |
Qızmeydan, Pirbəyli və Yeni Qızmeydan kəndləri |
050-477-14-14 |
Qonaqkənd bələdiyyəsi |
Səmədov Cavanşir Hacıbala |
Qonaqkənd kəndi |
050-665-64-83 |
Qurdtəpə bələdiyyəsi |
Nəbiyev Sahib Uruf |
Qurdtəpə kəndi |
050-486-76-73 |
Quşçu bələdiyyəsi |
Sərxanov Sərxan Güləsən |
Quşçu, Laləzar kəndləri və Aşkar qəsəbəsi |
050-747-95-09 |
Meysəri bələdiyyəsi |
Bayramov Sərdar Talıb |
Meysəri kəndi |
050-381-12-24 |
Mədrəsə bələdiyyəsi |
Bayramov Asim Tariyel |
Mədrəsə qəsəbəsi |
050-680-21-26 |
Məlhəm bələdiyyəsi |
Cəbrayılov Sahib İmran |
Əngəxaran və Məlhəm kəndləri |
050 539-79-22 |
Məlikçobanlı bələdiyyəsi |
Ağayev Mübariz Məhərrəm |
Məlikçobanlı kəndi |
050-610-21-04 |
Mərzəndiyə bələdiyyəsi |
Məcdunov Səməd Baratxan |
Mərzəndiyə kəndi |
050-591-36-85 |
Mirikənd bələdiyyəsi |
Əmrahov Zöhrab Gülxas |
Qaravəlli, Məlcək və Mirikənd kəndləri |
050-391-84-60 |
Muğanlı bələdiyyəsi |
Əzizov Natiq Paşa |
Muğanlı kəndi |
050-345-33-19 |
Nağaraxana bələdiyyəsi |
Hüseynov Eyvazalı Harun |
Nağaraxana kəndi |
050-348-93-48 |
Ovçulu bələdiyyəsi |
Mikayılov Nizaməddin Camaləddin |
Ovçulu kəndi |
055-562-45-53 |
Sabir bələdiyyəsi |
Dəmirov Elşən Sədyar |
Sabir qəsəbəsi və Çıraqlı kəndi |
050-357-90-70 |
Saqiyan bələdiyyəsi |
Malxarov Məhəmməd Mövla |
Saqiyan və Şirvan kəndləri |
050-378-04-75 |
Şamaxı bələdiyyəsi |
Zeynalov Mürvət Rəsul |
Şamaxı şəhəri və Böyük Xınıslı kəndi |
050-221-62-92 |
Şərədil bələdiyyəsi |
Mehdiyev Arif Yusif |
Şərədil kəndi |
050-394-35-52 |
Şəhriyar bələdiyyəsi |
Musayev Musa Məhəmməd |
Şəhriyar qəsəbəsi |
050-358-13-05 |
Talışnuru bələdiyyəsi |
Məmmədov Həsən Aqqa |
Talışnuru kəndi |
050-643-73-63 |