Rayon haqqında
İsmayıllı rayonunun ərazisi 2074 kv.km, əhalisi 01.06.2012-ci il tarixə 82000 nəfərdir.
Rayon 1931-ci il noyabr ayının 24-də yaradılmışdır.
“Yeni İsmayıllı” adlı rayon qəzeti 1934-cü ildən nəşr olunmağa başlamışdır. 1965-ci ildən “Zəhmətkeş”, 1966-cı ildən “Cavanşir yurdu”, 2003-cü ildən “Girdiman” adı ilə çıxır.
1939-cu ildən 1977-ci ilədək İsmayıllı rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 07 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək İsmayıllı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il Fərmanına əsasən İsmayıllı rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində İsmayıllı rayon İcra Hakimiyyəti yaradılmış və 1991-ci ilin noyabr ayından bu adla fəaliyyət göstərir.
İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur.
Rayon ərazisində 2 şərab zavodu, üzüm istehsalı, emalı, qablaşdırılması və ekoturizmlə məşğul olan “Monolit” şirkəti, 2 asfalt zavodu, bir beton zavodu, 11 turizm-istirahət mərkəzi, 11 bank filialı, Telekommunikasiya qovşağı, “Azərpoçt”un rayon filialı fəaliyyət göstərir.
Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 13 ibtidai məktəb, 6 uşaq bağçası, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 23 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, onlarla digər tarixi abidə, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 13 mədəniyyət evi, 24 klub, 5 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 Peşə Tədris Mərkəzi mövcuddur.
Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 854 ailə (3396 nəfər) müvəqqəti məskunlaşmışdır.
Rayonda 4 QHT, 12 dini icma, 16 ictimai təşkilat və birlik fəaliyyət göstərir. Ərazidə 125 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 139 şəhid ailəsi, 61 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 7 nəfər əməkdar müəllim, 6 nəfər “Tərəqqi”, 4 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır.
İsmayıllı rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamları əsasında qurur.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının yanında 26 noyabr 1993-cü ildə kabinet yaradılmışdır. 1999-cu ildə Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyəti yanında Şura iclasları “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnaməyə uyğun olaraq ayda iki dəfədən az olmayaraq keçirilir. Şura iclaslarında müntəzəm olaraq rayonun sosial-iqtisadi həyatına, təhsilə, mədəniyyət və turizmə, gəncliyə, idmana, tikinti-quruculuq işlərinə, hərbi vətənpərvərlik tərbiyəsinə, enerji resurslarından istifadə vəziyyətinə, ideoloji və siyasi işlərin təşkilinə, kütləvi informasiya vasitələrindən istifadəyə aid məsələlər müzakirə olunur, qərarlar verilir. Zəruri hallarda qəbul olunan qərarların icrası ilə bağlı RİH başçısı sərəncam imzalayır.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın tərkibi 11 nəfərdən ibarətdir. Rayon İcra Hakimiyyətinin başçısı, onun birinci və digər 3 müavini, RİH-nin şöbə müdiri, Polis şöbəsinin rəisi, Maliyyə idarəsinin rəisi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin müdiri, Təhsil şöbəsinin müdiri və QMƏVŞA İB rayon bölməsinin sədri şuranın tərkibindədir.
Şura işini RİH başçısı tərəfindən təsdiq olunmuş plan əsasında qurur.
İsmayıllı rayon ərazisində 2 Seçki Dairəsi-86 saylı İsmayıllı və 87 saylı Ağsu-İsmayıllı Seçki Dairələri üzrə 71 məntəqə seçki komissiyası fəaliyyət göstərir. “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq seçkilərə hazırlıq dövründə təbliğat və təşviqat işlərinin təşkili məqsədilə rayon ərazisində fəaliyyət göstərən seçki dairələrinin hüdudları daxilində namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün açıq və qapalı yerlərin, habelə təşviqat aparılması üçün yerlərin siyahısı müəyyənləşdirilmiş, Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuşdur.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Dövlət notariusu vəzifəsini müvəqqəti icra edən: Cabbarov Abdulla Nurqələm oğlu;
Telefon: (02028) 5-33-53;
Ünvan: H.Əliyev prospekti 31a;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VII-I
İsmayıllı rayon qeydiyyat şöbəsi
Rəis: ---;
İş telefonu: (02028) 5-45-15;
Aparıcı məsləhətçi: Osmanova Hüsniyə Alxan qızı;
İş telefonu: (02028) 5-45-15;
Ünvan: H.Əliyev prospekti 49;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
İsmayıllı rayon icra qrupu
Rəis: Şirinov Ziya Məstan oğlu;
İş telefonu: 02028-5-62-53;
Ünvan: İsmayıllı şəhəri, H.Əliyev prospekti 16;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
İsmayıllı rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Aşıqbayramlı bələdiyyəsi |
Məmmədova Şəfiqə Rizvan qızı |
Aşıqbayramlı, Hapıtlı, Qarakolluq,Talış kəndləri |
051-509-52-00 |
Basqal bələdiyyəsi |
Nağıyev Rəşad Qadir oğlu |
Basqal qəsəbəsi |
055-670-02-52 |
Burovdal bələdiyyəsi |
Ağayev Ağami Örənnik oğlu |
Burovdal, Çəndahar, Həftəsov və Zarat kəndləri |
050-614-76-23 |
Cülyan bələdiyyəsi |
Qədirov Pərviz Misir oğlu |
Cülyan kəndi |
050-372-82-12 |
Cülyan-Müdri bələdiyyəsi |
Teymurov Elxan Qaplan oğlu |
Cülyan, Dahar, Mulux, Müdri, Müdrisə, Nanıc, Pirəqanım,Vaşa kəndləri |
050-418-65-89 |
Diyallı bələdiyyəsi |
Alıyev Yalçın Mecid oğlu |
Diyallı, Güyüm və Sədiyan kəndləri |
055-752-15-67 |
Əhən bələdiyyəsi |
Aslanov Allahverdi Əmiraslan |
Duvaryan, Əhən, Ximran və Qoydan kəndləri |
050-361-74-90 |
Gəraybəyli bələdiyyəsi |
Əkbərov Qnyaz Eyvaz oğlu |
Əyyubbəyli, Gəraybəyli,Xəlilli,Keşxurt kəndləri |
050-374-90-34 |
Hacıhətəmli bələdiyyəsi |
Hüseynov Maqsud Ərzuman |
Gideyli, Hacıhətəmli, Kürd Eldarbəyli kəndləri |
050-718-22-08 |
İsmayıllı bələdiyyəsi |
Məmmədov Fəqan Əsədullah |
İsmayıllı şəhəri,İsmayıllı kənd və Mican kəndləri |
050-718-19-90 070-718-19-90 |
İvanovka bələdiyyəsi |
Voropayev Aleksandr Mixaylov |
İvanovka və Külüllü kəndləri |
055-882-91-11 |
Keyvəndi bələdiyyəsi |
Dəmirov Akif Balaməmməd oğ. |
Bəhliyan, Bilistan, Keyvəndi, Mingə, Pirəbülqasım və Şəbiyan kəndləri |
050-356-69-87 |
Kəlbənd bələdiyyəsi |
Bəbirov Sədri Firudun oğlu |
Girk, Kəlbənd, Şükürçü və Yenikənd kəndləri |
070-643-53-89 |
Kürdmaşı bələdiyyəsi |
Fərzəliyeva Şükufə Əbülfəz qızı |
Kürdmaşı kəndi |
070-611-74-40 |
Qalacıq bələdiyyəsi |
Zülfüqarov Rasim Seyfəd oğlu |
Çayqovuşan, Çəmənli, Elabad, İstisu və Qalacıq kəndləri |
050-519-88-30 |
Qalagah bələdiyyəsi |
Məmmədov Valeh Saleh oğlu |
Qalagah və Uştalqışlaq kəndləri |
050-460-42-87 |
Qalınçaq bələdiyyəsi |
İsayev Sadiq Baba oğlu |
Göytəpə, Xanagah, Qalınçaq, Mücühəftəran kəndləri |
050-393-73-48 |
Qoşakənd bələdiyyəsi |
Murtuzayev Göyüş Vidadi oğlu |
Ağbulaq, Gənzə, Qoşakənd, Tubukənd kəndləri |
050-673-26-20 |
Qubaxəlilli bələdiyyəsi |
Mirzəxanov Mirzağa Ağakərim |
Çərmədil və Qubaxəlilli kəndləri |
050-342-36-66 |
Qurbanəfəndi bələdiyyəsi |
Allahverdiyev Kamil Rauf oğlu |
Qurbanəfəndi kəndi |
050-540-84-02 |
Quşencə bələdiyyəsi |
Ağayev Ramiz Alxan oğlu |
Balik, Enişdibi, Quşencə, Zoğallıq kəndləri |
055-434-77-27 055-572-81-21 055-751-09-51 |
Lahıc bələdiyyəsi |
İsmayılova Rəfiqə Mürşüd qızı |
Lahıc qəsəbəsi və Bağəli, Ərəkit, Kənəə, Namazgah kəndləri |
050-407-35-70 |
Mollaisaqlı bələdiyyəsi |
Babayev Baba Zakir oğlu |
Mollaisaqlı kəndi |
050-436-01-18 |
Ruşan bələdiyyəsi |
Göyüşov Ədalət Lətif oğlu |
Ruşan və Vəng kəndləri |
050-347-80-06 |
Soltankənd bələdiyyəsi |
Ələkbərov Niyazı Zamir oğlu |
Soltankənd və Uştal kəndləri |
055-655-57-49 |
Sulut bələdiyyəsi |
Nurməmmədov Elçin Asim |
Kələzeyvə, Qıçatan, Sərsurə,Sulut |
050-406-77-02 |
Sumağallı bələdiyyəsi |
Rəsulov Ata Əmrulla oğlu |
Sumağallı kəndi |
050-672-32-05 |
Tağlabiyan bələdiyyəsi |
Salmanov Nemət Məzahir oğlu |
Kəlfərəc, Mücü və Tağlabiyan kəndləri |
050-415-44-46 |
Talıstan bələdiyyəsi |
Süleymanov Mahmud Məhəmmədəli oğlu |
Talıstan kəndi |
050-317-37-27 |
Təzəkənd bələdiyyəsi |
Bağırov Azər Novruz oğlu |
Birinci Yeniyol, Gəndov, İkinci Yeniyol, Köhnədaxar, Qaraqaya, Qərsələ, Təzəkənd kəndləri |
050-395-64-15 |
Tircan bələdiyyəsi |
Tapdıqov Südeyf Yusif oğlu |
Bizlan, Maçaxı, Tircan və Zərgəran kəndləri |
050-327-14-83 |
Topçu bələdiyyəsi |
Məmmədov Ədalət Məsud oğlu |
Buynuz, Şirvanmeşə və Topçu kəndləri |
070-323-52-78 |
Zeyvə bələdiyyəsi |
Baxışov Rəşad Arazxan oğlu |
Xankəndi, Kürdüvan və Zeyvə kəndləri |
050-338-72-90 |
Zərnava bələdiyyəsi |
Məhərrəmova Afaq Əlisuvar |
A. Zərnava,Müşkəmir,Sərdahar,Zərnava kəndləri |
050-761-66-78 050-481-70-69 |