Ərazi 


Azərbaycan Respublikasının ərazisi - 86,6 min km2 (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir. Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. 

Ən böyük göllər
Km2
Ən böyük adalar
Km2
Ən böyük çaylar
km
Sarısu
67.0
Pirallahı
14.4
Kür
1515
Ağgöl
56.2
Çilov
11.5
Araz
1072
Ağzıbirçala
37.0
Xərə-Zirə
3.5
Alazan (Qanıx)
413
Mehman
35.0
Böyük-Zirə
1.4
İori (Qanıx)
389
Böyükşor
9.2
   
Samur
216
Hacıqabul
8.4
   
Tərtər
200

 

Dünyada ən böyük göl - Xəzər dənizi, sahəsi 400000 km2, ən dərin yeri - 1025 m.

Ən yüksək dağ zirvəsi - Bazardüzü - 4466 m.